“Avroviziya 2022”nin qalibi qazandığı kuboku hərraca çıxarır

“Avroviziya 2022”nin qalibi qazandığı kuboku hərraca çıxarır
# 25 may 2022 16:28 (UTC +04:00)

İtaliyanın Turin şəhərində keçirilən 66-cı “Avroviziya” mahnı müsabiqəsinin qalibi olan Ukrayna təmsilçisi “Kaluş” qrupu qazandığı kuboku hərraca çıxarır.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə məlumat qrupun "Instagram" hesabında paylaşım edilib.

Qeyd olunub ki, auksiondan toplanan məbləğ Ukrayna ordusuna bağışlanacaq.

“Kaluş” qrupu mayın 15-də keçirilən “Avroviziya” mahnı müsabiqəsində "Stefania" mahnısı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR