"Avroviziya 2023"ün loqo və şüarı açıqlanıb

"Avroviziya 2023"ün loqo və şüarı açıqlanıb
# 31 yanvar 2023 14:29 (UTC +04:00)

Bu il Britaniyanın Liverpul şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinin loqo və şüarı açıqlanıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, mahnı müsabiqəsinin loqosu ürəklərin birlikdə döyünməsini əks etdirir və "United by Music" isə müsabiqənin rəsmi şüarı olaraq seçilib.

Qeyd edək ki, müsabiqədə ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda ilham mənbəyi kimi istifadə edilib.

Xatırladaq ki, mayın 9-u və 11-də mahnı müsabiqəsinin yarımfinalları keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR