Azərbaycan “Avroviziya 2023”ün birinci yarımfinalında çıxış edəcək

Azərbaycan “Avroviziya 2023”ün birinci yarımfinalında çıxış edəcək
# 01 fevral 2023 17:36 (UTC +04:00)

Azərbaycan bu il Britaniyada keçiriləcək “Avroviziya 2023” mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək.

APA müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, bu mərhələ mayın 9-da keçiriləcək.

Yarımfinal mərhələsi iki hissədən ibarət olacaq. Azərbaycan ikinci hissədə çıxış edəcək.

Azərbaycanla yanaşı birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə də çıxış edəcək.

Müsabiqənin ikinci yarımfinalı isə mayın 11-də baş tutacaq. Bu mərhələdə çıxış edən ölkələr isə Ermənistan, Belçika, Kipr, Danimarka, Estoniya, Yunanıstan, İslandiya, Rumıniya, Albaniya, Avstraliya, Avstriya, Gürcüstan, Litva, Polşa, San Marino, Sloveniya olacaq.

Yarışmanın finalı isə mayın 13-də keçiriləcək.

Qeyd edək ki, müsabiqədə qələbəni ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniya ev sahibliyini öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR