Azərbaycan İrəvanda keçiriləcək "Uşaq Avroviziyası"nda iştirak etməyəcək - YENİLƏNİB

Azərbaycan İrəvanda keçiriləcək "Uşaq Avroviziyası"nda iştirak etməyəcək - YENİLƏNİB
# 26 sentyabr 2022 18:17 (UTC +04:00)

Azərbaycan “Uşaq Avroviziyası-2022” mahnı müsabiqəsində bu il iştirak etməyəcək.

Bunu APA-nın sorğusuna cavab olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, builki “Uşaq Avroviziya” müsabiqəsi üçün seçim turu keçirilməyib:

"Məsələn, ötən il "Səs Azərbaycan" musiqi yarışının qalibi ölkəmizi təmsil etmişdi. Amma bu il o müsabiqə olmadı. Və bundan başqa, potensial namizədlər barədə bizə heç bir müraciət daxil olmayıb. Ona görə də ölkəmiz bu il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək", - qeyd olunub.

***

16:50

Azərbaycan dekabrın 11-də İrəvanda keçiriləcək "Uşaq Avroviziyası-2022" mahnı müsabiqəsində iştirak etməyəcək.

APA-nın sorğusuna cavab olaraq bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR