Azərbaycan "Uşaq Avroviziyası"nda beşinci yeri tutub - VİDEO

Azərbaycan "Uşaq Avroviziyası"nda beşinci yeri tutub - VİDEO
# 19 dekabr 2021 21:47 (UTC +04:00)

Bu gün Fransanın paytaxtı Parisdə "Uşaq Avroviziyası - 2021" mahnı müsabiqəsi keçirilib.

APA-nın xəbərinə görə, ölkəmizi müsabiqədə "One of those days" mahnısı ilə təmsil edən Sona Əzizova 151 xalla beşinci yeri tutub.

Ermənistan 224 balla birinci, Polşa 218 balla ikinci, Fransa 182 balla üçüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya Uşaq Mahnı Müsabiqəsi”ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR