Azərbaycanın “Avroviziya 2023” təmsilçisi 5 namizəd arasından seçiləcək

Azərbaycanın “Avroviziya 2023” təmsilçisi 5 namizəd arasından seçiləcək
# 02 fevral 2023 18:37 (UTC +04:00)

Azərbaycanın "Avroviziya"da nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova seçim prosesi və potensial qaliblər barədə məlumatları açıqlayıb.

APA xəbər verir ki, İlahə Dadaşova, "Avroviziya" müsabiqəsinə builki seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrıldığını bildirib:

"Bu amillə yanaşı, digər parametrlər də nəzərə alınaraq, 5 namizəd və onların mahnıları seçilib. Həmin istedadlı musiqiçilər - Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, Mamagama qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur. Mahnıların səsyazma keyfiyyəti baxımından fərqli olmasının yekun qərara təsir etməməsi və sağlam rəqabət imkanının təmin edilməsi üçün bu 5 namizədin ifaları eyni səsyazma studiyasında və eyni şəraitdə işlənilib.

Səsyazmadan sonra canlı ifalarının video çəkilişləri edilib. Performansların hər iki formatda (yazılmış audio və canlı video) fokus qruppasına təqdim edilməsi nəzərdə tutulub. Hazırda həmin videolar üzərində iş gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR