Brüs Uillis aktyorluqdan getdiyini açıqlayıb

Brüs Uillis aktyorluqdan getdiyini açıqlayıb
# 30 mart 2022 22:55 (UTC +04:00)

Hollivud ulduzu Brüs Uillis ona diaqnoz qoyulan afaziyaya (nitq pozulması) görə aktyorluq karyerasını bitirmək məcburiyyətində qaldığını vurğulayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu bardə aktyorun həyat yoldaşı Emma Heminq-Uillis məlumat verib.

“Bildirmək istəyirəm ki, sevimli Bryusun səhhətində problemlər var və bu yaxınlarda ona afaziya diaqnozu qoyulub. O, uzun müzakirələrdən sonra həyatı üçün vacib əhəmiyyət kəsb edən karyerasını bitirir”, - deyə Emma Heminq-Uillis instaqramda yazıb.

Brüs Uillis 1955-ci il martın 19-da Almaniyanın İdar-Oberşteyn şəhərində andan olub. Atası amerikalı anası isə alman olub.

O, “Çətin ölüm”, “Pulp Fiction”, “Armageddon” və “Beşinci Element” filmlərindəki rolu ilə şöhrət qazanıb.

1987-2000-ci illərdə aktrisa Demi Mur ilə evli olub. 2009-cu ildə ingilis aktrisa və model Emma Heminqlə ailə həyatı qurub.

67 yaşlı Uillisin Rumer, Skaut, Tallula, Mabel və Evelin adlarında 5 qızı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR