Bukmekerlər Azərbaycanın "Avroviziya" təmsilçisini şanslı saymır

Bukmekerlər Azərbaycanın "Avroviziya" təmsilçisini şanslı saymır
# 05 may 2022 11:16 (UTC +04:00)

"Avroviziya 2022" mahnı müsabiqəsi üçün bukmeker dəyərləndirmələrində Ukrayna 43 faiz ehtimalla liderdir.

APA eurovisionworld.com-a istinadən xəbər verir ki, ikinci yerdə İtaliya - 13 faiz ehtimalla, üçüncü yerdə İsveçrə - 11 faiz ehtimalla, dördüncü yerdə Böyük Britaniya - 6 faiz ehtimalla, beşinci yerdə isə İspaniya - 4 faiz ehtimalla yer alır.

Azərbaycan təmsilçisi Nadir Rüstəmlinin qalibiyyət şansı isə 1 faizə yaxın dəyərləndirilir.

Qeyd edək ki, "Avroviziya 2022" mahnı müsabiqəsinin birinci yarımfinalı 10 mayda, ikinci yarımfinalı 12 mayda, final isə 14 may tarixində İtaliyada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR