Kanadalı rejissor Jan-Mark Valle vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 58 yaşlı rejissorun ölüm səbəbi məlum deyil.
Jan-Mark Valle “Dallaslı alıcılar klubu”, “Dağıntı” kimi filmlərin müəllifidir.
O, 2013-cü ildə “Dallaslı alıcılar klubu” filminə görə “Oskar” mükafatına namizəd olub. Rejissorun müəllifi olduğu “Böyük-kiçik yalan” serialı 2017-ci ildə “Ən yaxşı mini-serial” kateqoriyasında “Emmi” mükafatı qazanıb.