"Dünya gözəli 2021" titulunun sahibi məlum olub

Harnaz Sandhu

© APA | Harnaz Sandhu

# 13 dekabr 2021 11:22 (UTC +04:00)

"Dünya gözəli 2021" 70-ci beynəlxalq gözəllik müsabiqəsinin qalibi Hindistan təmsilçisi Harnaz Sandhu olub.

APA-nın məlumatına görə, yarışın finalı Eylatda (İsrail) keçirilib. Ümumilikdə yarışda 80 ölkədən qızlar iştirak edib.

İkinci yerə paraqvaylı iştirakçı Nadia Ferreyra, üçüncü yerə isə Cənubi Afrikanı təmsil edən Lalela Msvane layiq görülüb.

Yarışın qalibi Harnaz Sandhu çıxışında insanları özlərinə inanmağa, özlərini başqaları ilə müqayisə etməməyə və mühüm dünya hadisələri haqqında düşünməyə çağırıb.

Qeyd edək ki, bu ilin may ayında Florida ştatında keçirilən 69-cu "Dünya gözəli 2020" beynəlxalq gözəllik müsabiqəsinin qalibi Meksika təmsilçisi Andrea Mesa olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR