Elvis Preslinin qızı vəfat edib

Elvis Preslinin qızı vəfat edib
# 13 yanvar 2023 06:51 (UTC +04:00)

Amerikalı müğənni Liza Mari Presli - Elvis Preslinin yeganə qızı - 54 yaşında vəfat edib.

APA-nın məlumatına görə, bu barədə müğənninin anası Prissilla Preslinin açıqlamasına istinadən “People” jurnalı məlumat yayıb.

Müğənninin anası jurnala açıqlamasında "Gözəl qızım Liza Marinin bizi tərk etməsi ilə bağlı sarsıdıcı xəbəri ürək ağrısı ilə bölüşmək məcburiyyətindəyəm" deyib.

Elvis Preslinin yeganə qızı ürək tutmasından dünyasını dəyişib.

Liza Marinin də atası kimi musiqiçi karyerası olub. O, özü bəstələdiyi mahnıları ifa edib, üç albom buraxıb, bir neçə sinql yazdı.

O, Maykl Ceksonla evli idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR