Estoniya Filip Kirkorovun ölkəyə girişinə qadağa qoyub

Filip Kirkorov

© APA | Filip Kirkorov

# 25 aprel 2022 17:05 (UTC +04:00)

Estoniya hökuməti müğənni Filip Kirkorovun 5 il müddətinə ölkəyə girişini qadağan edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Estoniya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda, müğənni Polina Qaqarinanın da ölkəyə girişinə 5 il qadağa qoyulub. Bu addıma səbəb sənətçilərin Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləmələri olub.

Qeyd edək ki, Kirkorovun mayın 27-də, Qaqarinanın isə sentyabrın 23-də Estoniyada konserti planlaşdırılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR