“Facebook” Rusiyaya məhdudiyyət tətbiq edib

“Facebook” Rusiyaya məhdudiyyət tətbiq edib
# 15 may 2022 04:31 (UTC +04:00)

“Facebook” və “İnstagram” Rusiya ərazisindən Ukraynanın “Avroviziya-2022” müsabiqəsinin qalibinin adı keçən səhifələrə girişi məhdudlaşdırıb.

APA-nın xəbərinə görə, “Facebook” və “İnstagram” istifadəçiləri Ukrayna nümayəndəsinin çıxışı barədə məlumat ala bilmir.

Qeyd edək ki, Ukraynanın "Kalush Opera" qrupu “Avroviziya” mahnı müsabiqəsində ilk yeri tutub. Bu, Ukraynanın yarışda 3-cü qələbəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR