İctimai TV: "Avroviziya-2023"-dəki dəyişikliklər Azərbaycana görə aparılmayıb

İctimai TV: "Avroviziya-2023"-dəki dəyişikliklər Azərbaycana görə aparılmayıb
# 25 noyabr 2022 16:31 (UTC +04:00)

“Avroviziya-2023” mahnı müsabiqəsinin səsvermə prosesində əsaslı dəyişiklik edilib. Belə ki gələnilki müsabiqənin yarımfinal mərhələsinin səsvermə prosesində yalnız tamaşaçılar iştirak edəcək.

Bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dəyişiklik barədə Azərbaycan tərəfi günahlandırılmır.

“Bu, müsabiqə təşkilatçılarının səsvermə qaydalarını dəyişdiyi ilk hal deyil. Mütəmadi olaraq, yeniliklər baş verir, yeni qaydalar əlavə edilir, köhnəlmiş normalar aradan qaldırılır. Bu, müəyyən vaxt müddəti ərzində baş verən dinamik bir prosesdir. Biz təşkilatçıların müsabiqəni daha müasir, maraqlı və qlobal etmək cəhdlərini normal və təbii hesab edirik. Nə rəsmi press-relizdə, nə də yayımçılar üçün təqdimatda Azərbaycanın adı çəkilir. Ümumiyyətlə Azərbaycan tərəfi rəsmən nədəsə günahlandırılmır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən il İtaliyanın Turin şəhərindəki yarışmada altı hakimin bir-birinin əleyhinə səs verdiyi məlum olmuşdu. Həmin ölkələr siyahısında Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marino ilə yanaşı, Azərbaycan da var idi. Müsabiqənin yarımfinal mərhələsinin səsverməsindəki dəyişikliyin bununla bağlı olduğu ehtimal olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR