Məşhur amerikalı reper vəfat edib

Məşhur amerikalı reper vəfat edib
# 29 sentyabr 2022 09:56 (UTC +04:00)

Amerikalı məşhur reper Kulio (Coolio, Artis Leon Ayvi) vəfat edib.

APA-nın mk.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə ifaçının meneceri məlumat verib.

59 yaşlı reperin ürəktutmasından öldüyü ehtimal edilir.

Kulio “Təhlükəli beyinlər” filminin sountrekinə çevrilmiş “Gangsta’s Paradise” mahnısı ilə məşhurluq qazanıb. Ekran işi “Ən yaxşı mahnı” nominasiyasında MTV-nin mükafatını qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR