Müğənni Nərgiz Zakirova 2072-ci ilə qədər Rusiyaya buraxılmayacaq

Müğənni Nərgiz Zakirova 2072-ci ilə qədər Rusiyaya buraxılmayacaq
# 25 may 2022 18:48 (UTC +04:00)

Özbəkistanlı müğənni Nərgiz Zakirova 2072-ci ilə qədər Rusiyaya buraxılmayacaq.

APA-nın Moskva müxbiri “Starhit” nəşrinə istinadən xəbər verir ki, Nərgiz Zakirovaya 50 il müddətinə Rusiya ərazisinə giriş yasaqlanıb.

Müğənninin vəkili Bəhrom İsmayılov bildirib ki, Nərgiz Zakirova son bir neçə günü evdə, Özbəkistanda keçirib. Moskvaya qayıtmağı planlaşdıran Zakirova Domodedovo hava limanından geri göndərilib.

“Məndə Zakirovanın 50 il Rusiyaya girişinin qadağan olunması haqqında qərar var. Bu, xüsusi əməliyyatı pisləyən ictimai xadimlərin aldığı standart qadağadır. Bu məhdudiyyət Nərgiz Zakirovaya da qoyulub”, - vəkil vurğulayıb.

O, müğənninin hadisələrin bu cür dönüşünə hazır olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR