Nadir Rüstəmli "Avroviziya"da ilk məşqinə mayın 2-də çıxacaq

Nadir Rüstəmli

© APA | Nadir Rüstəmli

# 21 aprel 2022 21:27 (UTC +04:00)

"Avroviziya 2022" mahnı müsabiqəsinin məşqlər cədvəli ictimaiyyətə təqdim olunub.

APA xəbər verir ki, ölkəmizi təmsil edən Nadir Rüstəmli 2 may tarixində Bakı vaxtilə təxminən saat 14:00-da ilk məşqi üçün səhnəyə çıxacaq.

Təmsilçimizin ikinci məşqi isə 5 may Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

İlk məşqlər ictimaiyyətə və jurnalistlərə qapalı olacaq və 3 mayda yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR