Rusiyanın məşhur rok qrupu albom buraxılışı üçün ilk dəfə vəsait toplanışı elan edib

DDT

© APA | DDT

# 05 oktyabr 2021 12:15 (UTC +04:00)

Rusiyanın məşhur rok qrupu DDT pərəstişkarlarını buraxılacaq yeni albomu maliyyələşdirmək məqsədilə həmin albomu əvvəlcədən sifariş etməyə dəvət edib.

APA xəbər verir ki, bu barədə TASS-a "Planeta.ru" kraudfandinq platformasının mətbuat xidmətindən bildirilib.

Koronavirus pandemiyasında konsertlərin ləğv edilməsi və təxirə salınması səbəbindən hazırda qrup çətin maliyyə vəziyyəti ilə üzləşib və bunun nəticəsində ilk dəfə olaraq kraud-kampaniyanın keçirilməsinə qərar verib. Ötən il qrup cəmi bir, bu il isə dörd konsert verib.

"Sizi "Planeta.ru" platformasındakı layihəmizə qatılmağa dəvət etmək qərarına gəldik. Həmişə ən zəiflərə, ehtiyacı olanlara, xəstələrə kömək etmək lazım olduğuna inanmışam və dəstək istəməmişəm. Ancaq hazırda vəziyyət çox çətindir, yalan danışmayacağam", - deyə mətbuat xidməti qrupun lideri Yuri Şevçukun sözlərini sitat gətirib.

Xatırladaq ki, DDT-nin yeni albomu 28 oktyabr tarixində rəqəmsal platformalarda təqdim olunacaq, 2022-ci ilin yanvarında albom fiziki daşıyıcılarda çıxacaq və onu yalnız sözügedən kampaniyanın iştirakçıları əldə edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR