Selin Dion xəstəliyi səbəbindən Avropa turunu təxirə salıb

Selin Dion

© APA | Selin Dion

# 08 dekabr 2022 16:45 (UTC +04:00)

Dünyaca məşhur kanadalı müğənni Selin Dion xəstəliyi səbəbindən Avropada verəcəyi silsilə konsertləri ləğv etdiyini açıqlayıb.

APA xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında məlumat verib.

“Uzun müddətdir ki, səhhətimlə bağlı problemlər yaşayıram, bu çətinliklərlə üzləşmək və yaşadığım hər şey haqqında danışmaq mənim üçün çox çətin olub... Bu səbəbdən, fevralda Avropa turumu yenidən başlamağa hazır deyiləm”, – o bildirib.

Qeyd edək ki, müğənni əzələ xəstəlikdən əziyyət çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR