Tanınmış fransız aktyor 37 yaşında vəfat edib

Tanınmış fransız aktyor 37 yaşında vəfat edib
# 19 yanvar 2022 18:45 (UTC +04:00)

Tanınmış fransız aktyor Qaspar Ulyel 37 yaşında vəfat edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, aktyor Fransanın cənubunda yerləşən Rozyer dağ-xizək kurortunda digər xizəkçi ilə toqquşaraq ağır xəsarət alıb.

Kəllə-beyin travması alan aktyor helikopterlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qaspar Ulyel “Hannibal. Yüksəliş”, "Uzun izdivac", "Sen-Loran.Stil mənəm” və “Bu sadəcə dünyanın sonudur” filmləri ilə populyarlıq qazanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR