Türkiyəli məşhur aktrisa Bakıya gəlir

Hazal Kaya

© APA | Hazal Kaya

# 13 yanvar 2022 12:14 (UTC +04:00)

Türkiyəli aktrisa Hazal Kaya Azərbaycana gələcək.

APA-nın məlumatına görə, kino ulduzu yanvarın 21-də keçiriləcək “Benden Ne Olur?” filminin qala gecəsində iştirak edəcək.

Filmdə Kaya ilə yanaşı Onur Tuna, Nur Fettahoğlu və digər aktyorlar da çəkilib.

Qeyd edək ki, Hazal Kaya “Adını Feriha Koydum” və “Bizim Hikaye” seriallarında çəkildiyi rollara görə Türkiyənin ən məşhur aktrisalarının birinə çevrilib.

2016-cı ildə “Worlds Most Beautifuls” internet saytı onu dünyanın ən gözəl qadınları arasında beşinci yerə layiq görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR