Xalq artisti Röya Bakı və İstanbulda konsertlərini təxirə salıb

Röya Ayxan

© APA | Röya Ayxan

# 14 sentyabr 2022 13:34 (UTC +04:00)

Xalq artisti Röya Ayxan İstanbulda və Bakıda konsertlərini təxirə salıb.

APA xəbər verir ki, o, bununla bağlı “İnstagram”da paylaşım edib.

“Hadisələri mən də izləyirəm, çox təsirlənmişəm. Balalarımız, oğullarımız şəhid oldu. Hər bir ananın acısı bizim də acımızdır. Məni də öz yanınızda bilin. Kədərinizi hiss edirəm. Bu məqamda İstanbul və Bakı konsertlərimi təxirə saldım. Belə dövrdə mahnı oxuya, əylənə bilmərəm. İstədim ki, qərarımdan xəbəriniz olsun. Xalqımın yanındayam, dərdinə şərikəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimiz şəfa tapsın.”, - paylaşımda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR