“Oskar”ın təqdimetmə mərasimi yenə aparıcısız qalıb

“Oskar”ın təqdimetmə mərasimi yenə aparıcısız qalıb
  • Clock-gray 10:26
  • calendar-gray 09 Yanvar 2020

“Oskar” mükafatının 92-ci təqdimat mərasimi ötən il olduğu kimi bu il də aparıcısız keçiriləcək.

APA-nın “RİA NOVOSTİ”yə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Kinoakademiyasının sosial şəbəkə hesabında məlumat yayılıb.

Təqdimetmə mərasimində məşhurların iştirak edəcəyi və sürprizlərin olacağı qeyd edilsə də, tədbirin aparıcısı ilə bağlı heç nə yazılmayıb.

Ötən il komediya aktyoru Kevin Hart “Oskar” mükafatının 91-ci təqdimat mərasiminin aparıcısı olmaqdan imtina etmiş, nəticədə mükafat aparıcısız təqdim edilmişdi. 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date