Avroviziyanın 2021-ci ildə keçiriləcəyi yer müəyyənləşib

Avroviziyanın 2021-ci ildə keçiriləcəyi yer müəyyənləşib
# 17 may 2020 01:35 (UTC +04:00)

“Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi 2021-ci ildə Rotterdamda keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə tədbirin təşkilatçıları məlumat veriblər.

Şənbə günü təqdim olunan "Europe shine a light" adlı şou 46 ölkəyə translyasiya olunub. Bildirilib ki, növbəti il keçiriləcək müsabiqədə yeni mahnılar tələb ediləcək.

Qeyd edək ki, 65-ci “Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsinin mayın 16-da Niderlandın Rotterdam şəhərində keçirilməli olan final mərhələsi COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınıb.

Xatırladaq ki, Azərbaycanı bu müsabiqədə Samira Əfəndi “Kleopatra” mahnısı ilə təmsil edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR