“Çernobıl” serialında Dyatlov rolunu canlandıran aktyor vəfat edib

“Çernobıl” serialında Dyatlov rolunu canlandıran aktyor vəfat edib
# 06 aprel 2021 15:05 (UTC +04:00)

Böyük Britaniya aktyoru Pol Ritter 54 yaşında vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onun ölüm səbəbi beyin şişi olub.

Pol Ritter 1966-cı ildə Böyük Britaniyada anadan olub. O, Harri Porter haqqındakı ekran işində, “İnferno” və başqa filmlərdə çəkilib.

Xatırladaq ki, Pol Ritter Azərbaycanda da maraqla qarşılanan “Çernobıl” (2019) serialında Anatoli Dyatlov obrazını canlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR