Dr. Dre reanimasiyaya düşüb

Dr. Dre reanimasiyaya düşüb
  • Clock-gray 11:54
  • calendar-gray 06 Yanvar 2021

Amerikalı reper və prodüser Dr. Dre (əsl adı – Andre Romell Young) beyin anevrizması səbəbindən reanimasiyaya götürülüb.

APA-nın məlumatına görə, bu barədə TMZ portalı mənbələrinə istinadən xəbər verir.

Qeyd olunur ki, 55 yaşlı musiqiçi dərhal Los-Ancelesdəki "Cedars-Sinai" xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti sabit qiymətləndirilir.

Reper "Instagram" səhifəsində özünü yaxşı hiss etdiyini və tezliklə evə qayıdacağına ümidvar olduğunu bildirib.

Xatırladaq ki, Dr. Dre Amerika repinin ən əhəmiyyətli şəxslərindən biridir.

apa-logo-mini

Digər xəbərlər