Kamran İmanov: "Xudavəng monastrı ermənilərə məxsus deyil"

Kamran İmanov: "Xudavəng monastrı ermənilərə məxsus deyil"
# 26 fevral 2021 10:51 (UTC +04:00)

"Xudavəng monastrı ermənilərə məxsus deyil".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov deyib.

O bildirib ki, bu barədə Agentlik tərəfindən xüsusi axtarış və tədqiqatlar aparılır: "Onun tikildiyi ərazi, monastır kompleksi barədə qədim mənbələrdə məlumatlar var. Bunlar qədim mənbələrdə "sevordik" kimi göstərilən qədim türk tayfası suvarların ərazilərində tikilib. Qədim yazılı abidələri götürsək, bunun kimə məxsus olduğunu görəcəyik. Biz hər il beynəlxalq konfranslar təşkil edir, abidələrin bizə məxsus olduğunu beynəlxalq aləmin nəzərinə çatdırır, bu məsələləri işıqlandırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR