Koronavirusa yoluxan Tom Henks pərəstişkarlarına müraciət edib

Koronavirusa yoluxan Tom Henks pərəstişkarlarına müraciət edib
# 13 mart 2020 12:01 (UTC +04:00)

Koronavirusa yoluxan aktyor Tom Henks pərəstişkarlarına müraciət edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aktyor həyat yoldaşı ilə birlikdə karantində olduğunu bildirib.

Avstraliyalı həkimlərin lazımi tibbi yardım göstərdiklərini qeyd edən T. Henks izləyicilərini ekspertlərin məsləhətlərini dinləməyə, bir-birinin qeydinə qalmağa və daim xoş ovqatda qalmağa çağırıb.

Qeyd edək ki, T. Henks və həyat yoldaşı Rita Uilson Avstraliyaya səfərləri zamanı koronavirusa yoluxublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR