Ölkə üzrə muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur

Ölkə üzrə muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur
# 15 may 2020 16:15 (UTC +04:00)

18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına dair qərarında bildirilir.

Bununla belə digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyətlər qüvvədə qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR