Opera fəaliyyətinə Azərbaycanda başlayan rusiyalı ifaçı vəfat edib

Opera fəaliyyətinə Azərbaycanda başlayan rusiyalı ifaçı vəfat edib
  • Clock-gray 17:50
  • calendar-gray 14 Dekabr 2020

Opera ifaçısı, RSFSR-in əməkdar artisti və Böyük Vətən müharibəsi veteranı Vladimir Kravtsov 94 yaşında vəfat edib.

APA-nın “izvestiya.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Minskiy Teatrından bildirilib. 

Onun dəfn tarixi hələ müəyyənləşməyib.

V.Kratsov yaradıcı fəaliyyətə M.F.Axundov adına Opera və Balet Teatrının xorunda başlayıb və paralel olaraq musiqi təhsili alıb. 

 

Mirmehdi Ağaoğlu

Digər xəbərlər