“Santa-Barbara” serialında Si Si Kepvell rolunda oynayan aktyor vəfat edib

“Santa-Barbara” serialında Si Si Kepvell rolunda oynayan aktyor vəfat edib
  • Clock-gray 13:54
  • calendar-gray 15 Yanvar 2021

Aktyor Piter Mark Riçman 94 yaşında vəfat edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, aktyor Los-Ancelesdəki evində vəfat edib.

O, “Santa-Barbara” serialında Si Si Kepvell rolunun ilk ifaçısı olub, 33-cü seriyaya qədər çəkilib. Sonra həmin personajı aktyorlar Pol Berk və Çarlz Beytman canlandırıblar.

Bundan başqa, o, “Alfred Hiçkok təqdim edir”, “Qara orxideya”, “Ulduz yolu” kimi film və seriallarda oynayıb.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər