“Şrek” ABŞ-ın mənəvi sərvəti elan olunub

“Şrek” ABŞ-ın mənəvi sərvəti elan olunub
# 14 dekabr 2020 16:21 (UTC +04:00)

“Qara cəngavər”, “Şrek”, “Qurulan portağal” və bir neçə başqa film Amerika Birləşmiş Ştatlarının Konqress Kitabxanasında yerləşən Milli Film Reyestrinə daxil edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu il siyahıya ümumilikdə 25 film daxil edilib.

Reyestrə salınan ekran işləri mədəni, tarixi və estetik dəyərlərinə görə seçilirlər. Filmlər siyahıya salınmamışdan ən azı on il qabaq istehsal olunmalıdırlar.

Siyahıda hazırda 800 adda film yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR