“The Pointer Sisters”in solisti Bonni Pointer vəfat edib

“The Pointer Sisters”in solisti Bonni Pointer vəfat edib
# 09 iyun 2020 10:24 (UTC +04:00)

Amerika müğənnisi, “The Pointer Sisters” qrupunun solisti Bonni Pointer vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə müğənninin bacısı, müğənni Anita Pointer bildirib.

O, B.Pointerin Los-Ancelesdəki evində ürək tutmasından vəfat etdiyini deyib.

Bonni və bacısı Cun 1969-cu ildə “The Pointer Sisters” qrupunu yaradıb. Daha sonra qrupa daha iki bacı qoşulub. Bonni məşhur “Fairytale” mahnısının müəlliflərindən biridir. Bu mahnı sayəsində qrup “Qremmi” mükafatını qazanıb. Bununla da qrup bu mükafatı alan ilk qadın kollektivi olub.

1977-ci ildə “The Pointer Sisters”dan ayrılan Bonni Pointer solo karyerasına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR