Çingiz Mustafayev "Eurovision-2019"-un finalına vəsiqə qazanıb

Çingiz Mustafayev "Eurovision-2019"-un finalına vəsiqə qazanıb
# 17 may 2019 01:09 (UTC +04:00)

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

ONA xəbər verir ki, İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində keçirilən ikinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə 18-ci nömrə altında səhnəyə çıxıb.

Sonda ifaçıların ifaları dəyərləndirilib. Yekun nəticələrə əsasən, təmsilçimiz Çingiz Mustafayev finalçıların sırasına qoşulub.

Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR