Azərbaycanlı aktyorların da çəkildiyi "Hərəkət səkkiz" adlı Türkiyə filmi təqdim olunub - FOTO

Azərbaycanlı aktyorların da çəkildiyi "Hərəkət səkkiz" adlı Türkiyə filmi təqdim olunub - FOTO
# 03 oktyabr 2019 20:32 (UTC +04:00)

Oktyabrın 3-də "Gənclik Mall"da yerləşən "CinemaPlus" kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan "Hərəkət səkkiz" filmi təqdim olunub.

APA-nın məlumatına görə, rejissor Ali Yorğancıoğlunun çəkdiyi komediya filmində Ali Sunal, Hande Katipoğlu, Devrim Yakut, Hakan Bilgin, Gürgen Öz və Onur Atilla ilə yanaşı azərbaycanlı aktyorlar İslam Mehrəliyev, Elcan Rəsulov və Pərvin Abıyeva çəkiliblər.

"Hərəkət səkkiz" filminin ssenaristi Ayberk Çınar, prodüseri Levent Cengizhandır. Çəkilişlərin bir hissəsi Bakıda aparılıb. Film rus mafiyasının axtarışına düşən üç polis məmurundan bəhs edir. Filmin Azərbaycan tərəfdaşı “Aranfilm” yaradıcılıq mərkəzidir.

"Hərəkət səkkiz" bu gündən başlayaraq “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR