“Eurovision”un keçiriləcəyi şəhər bəlli olub

“Eurovision”un keçiriləcəyi şəhər bəlli olub
  • Clock-gray 15:28
  • calendar-gray 30 Avqust 2019

“Eurovision” beynəlxalq musiqi müsabiqəsinin keçiriləcəyi yer məlum olub.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, növbəti yarış Hollandiyanın Rotterdam şəhərində baş tutacaq. 

Təşkilatçılar bu şəhəri xüsusi tarixi və fərqləndirici xüsusiyyətlərinə görə seçiblər. 

“Biz “Ahoy” konsert zalını seçirik, çünkü bu konsert zalı bizim parametrlərə daha çox uyğun gəlir”, - təşkilatçılar bildiriblər. 

Müsabiqənin yarımfinalı 2020-ci il 12 və 14 may tarixlərində, final isə mayın 16-da keçiriləcək. 

Qeyd edək ki, bundan əvvəl Amsrterdamın “Eurovison”dan imtina etməsi xəbəri yayılmışdı. Haaqa və Breda şəhərlərinin rəhbərlikləri də müsabiqənin keçirilməsinə razılıq verməyiblər.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date