İsa peyğəmbər rolunun ifaçısı evində ölü tapılıb

İsa peyğəmbər rolunun ifaçısı evində ölü tapılıb
# 12 sentyabr 2019 10:19 (UTC +04:00)

“İisus Xristos – superulduz” müziklində baş rol oynamış aktyor Ceff Fenholt vəfat edib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 69 yaşlı aktyor evində ölü tapılıb.

Aktyor Endryu Lloyd Uebberin 1971-ci ildə hazırldağı müzikldəki İisus Xristos rolundan sonra məşhurluq qazanıb.

Qeyd edək ki, “İisus Xristos – superulduz” rok-operası 1970-ci ildə yazılıb və bir il sonra Brodveydə premyerası keçirilib. Bibliya əhvalatları əsasında hazırlanmış rok-opera İsa peyğəmbərin Yerusəlimə gəlişindən çarmıxa çəkildiyi vaxta qədər olan dövrü əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR