"Jara" festivalında 200-dən çox musiqiçi iştirak edəcək

"Jara" festivalında 200-dən çox musiqiçi iştirak edəcək
# 25 iyul 2019 17:03 (UTC +04:00)

Bu gün Bakıda, Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində "Jara" Beynəlxalq Musiqi Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə mətbuat konfransında festivalın təşkilatçısı, müğənni, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiya şou-biznes nümayəndələri Filip Kirkorov, Ani Lorak, Qriqoriy Leps, Lolita, Yana Çurikova və digərləri iştirak ediblər.

E. Ağalarov bildirib ki, "Jara" Beynəlxalq Musiqi Festivalı ildən-ilə daha geniş şəkildə keçirilir: "Festival dörd gün davam edəcək. Hər gün 70-dək müğənninin iştirakı nəzərdə tutulur. Ümumiyyətlə, budəfəki festivala 200-dən çox musiqiçi qatılacaq. Mən hər il bizim ölkəyə təşrif buyuran müğənnilərə təşəkkürümü bildirirəm. İnanıram ki, dörd gün ərzində olduqca maraqlı festival olacaq. Onu da deyim ki, festivala gələn musiqiçilər qonorarsız iştirak edəcəklər”.

F. Kirkorov festivalın təşkilinə görə, E. Ağalarova minnətdarlığını çatdırıb və iyulun 26-da Xalq artisti Aygün Kazımov ilə birlikdə mahnı ifa edəcəklərini qeyd edib.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, "Jara" Beynəlxalq Musiqi Festivalı iyulun 25-dən 28-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR