Rusiyanın “Beryozka” ansamblı Bakıda konsert verəcək

Rusiyanın “Beryozka” ansamblı Bakıda konsert verəcək
# 30 avqust 2019 11:29 (UTC +04:00)

Oktyabrın 11-də Heydər Əliyev Sarayında Rusiya Federasiyasının Azərbaycan Respublikasında Mədəniyyət Günləri çərçivəsində Nadejda Nadejdina adına dünyaca məşhur, əfsanəvi “Beryozka” Dövlət Akademik Xoreoqrafiya Ansamblının konserti baş tutacaq.

APA-nın məlumatına görə, konsertdə “Beryozka” ansamblı tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edəcək.

Tamaşaçılar “Beryozka” ansamblının ifasında Nadejda Nadejdina və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alacaqlar.

Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR