“Eurovision-2018” mahnı müsabiqəsinin tarixi və keçiriləcəyi şəhər bəlli olub

“Eurovision-2018” mahnı müsabiqəsinin tarixi və keçiriləcəyi şəhər bəlli olub
# 26 iyul 2017 04:40 (UTC +04:00)

“Eurovision-2018” beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və final mərhələlərinin tarixi və keçiriləcəyi şəhər bəlli olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Portuqaliya Milli Televiziyası və Avropa Yayım İttifaqı Lissabonu müsabiqənin ev sahibi seçib.

Müsabiqənin “Twitter”dəki rəsmi səhifəsində tədbirə həsr olunmuş videoçarx da dərc edilib.

Bundan başqa, müsabiqəsinin yarımfinal və final mərhələlərinin tarixi də müəyyən edilib. Belə ki, yarımfinallar müvafiq olaraq 8 və 10 may, final isə mayın 12-də keçiriləcək.

Mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, Amar Pelos Dois mahnısını ifa edərək, 758 xalla birincilik əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR