“Maşın Şou”nun büdcəsi açıqlanıb

“Maşın Şou”nun büdcəsi açıqlanıb
# 20 may 2017 15:48 (UTC +04:00)

“M Group Production”ın komandası “Maşın Şou”nun 14-cü mövsümünə hazırlaşır. APA-nın xəbərinə görə, “Maşın şou”nun aparıcısı Murad Dadaşov bildirib ki, şouda iştirak edəcək şəxsləri özü seçib. Onun sözlərinə görə, hazırda ciddi hazırlıqlar gedir: “Şou üçün çox mürəkkəb televiziya avadanlıqları gətirilib və artıq quraşdırılıb. Azərbaycanda bu miqyasda ikinci layihə yoxdur. Azərbaycanda ən çox büdcəsi olan şou proqram “Maşın” realiti şousudur. Büdcəmiz yarım milyon manatdır”.

M. Dadaşov qeyd edib ki, şounun yüksək səviyyədə təqdimatı üçün Yaponiya istehsalı olan avadanlıqlardan istifadə olunacaq.

Mayın 28-dən etibarən “Azad Azərbaycan” kanalında yayımlanacaq şou 21 gün davam edəcək. Tamaşaçılar şounu hər gün saat 22.00-dan izləyə biləcəklər.

Şounun iştirakçıları 30 min dollar dəyəri olan “Nissan- Kicks” markalı avtomobil uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, şounun informasiya dəstəyi APA İnformasiya Agentliyi, APA TV, “Lent.az” və “Vesti.az”a məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR