“Grammy” mükafatının sahibləri məlum olub

“Grammy” mükafatının sahibləri məlum olub
# 29 yanvar 2018 07:37 (UTC +04:00)

Nyu-Yorkda nüfuzlu “Grammy” mükafatının 60-cı təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, ABŞ səsyazma şirkətləri assosiasiyası tərəfindən təsis olunan, Amerika səsyazma akademiyası tərəfindən təqdim edilən musiqi mükafatının “İlin albomu” və “İlin mahnısı” nominasiyasına Bruno Marsın “24 K” albomu və alboma daxil olan mahnısı layiq görülüb.

Mükafat alanların içində Ed Şiran və Şakira da var.

Qeyd edək ki, 2012-ci ilədək mükafat 108 kateqoriya və 30 fərqli musiqi tərzini əhatə etsə də, həmin il edilmiş dəyişiklikdən sonra mükafat 78 kateqoriyada verilir.

Georg Solti ən çox "Grammy" almış ifaçı hesab olunur .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR