"Maşın Şou": Tolik getdi, Pərvinlə Səidə dalaşdı, Cavad səs toplaya bilmədi

"Maşın Şou": Tolik getdi, Pərvinlə Səidə dalaşdı, Cavad səs toplaya bilmədi
# 02 iyun 2017 10:30 (UTC +04:00)

“Maşın” realiti şousunun növbəti qarşıdurmasında tamaşaçılar gərgin mübarizənin şahidi olublar.

APA TV-nin məlumatına görə, şou başlayan kimi maşının ətrafında aktiv və təcrübəli iştirakçı, prodüser Tarix Əliyevin olmaması dərhal nəzərə çarpıb. Məsələyə aparıcı Murad Dadaşov video-görüntü vasitəsilə aydınlıq gətirib.

Daha sonra şou öz axarında davam edib. Bu dəfə qutudan ən çox müğənni Cavad Rəcəbovun fotosu çıxıb. Səsvermə başlar-başlamaz o, hədəf kimi Kənan Mahmudovu göstərib. Bu isə aktrisa Pərvin Abıyevanın xoşuna gəlməyib. Bir neçə gündən sonra nəhayət ki, məhz Pərvin şouda qruplaşma olduğunu deyib, hətta qrup rəhbərlərinin adını çəkib. Pərvin Abıyevanın tamaşaçılardan Kənan Mahmudov üçün səs istəməsi isə onunla Səidə Sultan arasında gərginlik yaranmasına səbəb olub. Efirdə onların mikrofonlarının bağlanması və üz cizgiləri gərginliyin hansı həddə olmasını təsəvvür etməyə imkan verib.

Səsvermə müddətində iştirakçılar açıq mübarizəyə üstünlük veriblər. Bu zaman kəsiyində Cavad Rəcəbovun şouda qalmasını istəyənlər olsa da, tamaşaçıların qərarı fərqli olub. O, şounu tərk edib.

Xatırladaq ki, şounun informasiya dəstəyi APA TV, APAVesti.az-a məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR