"Maşın Şou"nun ilk “Qarşıdurma”sı: Elton Hüseynəliyev səs toplaya bilmədi

"Maşın Şou"nun ilk “Qarşıdurma”sı: Elton Hüseynəliyev səs toplaya bilmədi
# 30 may 2017 14:59 (UTC +04:00)

"M Group Production”ın təqdim etdiyi "Maşın Şou"nun ilk “Qarşıdurma”sı gərgin keçib.

APA TV-nin məlumatına görə, aparıcı Murad Dadaşovun fotoları göstərməsi ilə başlanan gərginlik sonra daha da artıb.

Qeyd edək ki, canlı yayımdan öncə məxfi səsvermə zamanı şouda iştirak edən iştirakçılar bir rəqibin fotosunu qutuya atır. İlk "Qarşıdurma"da qutudan ən çox müğənni Elton Hüseynəliyevin fotosu çıxıb. O, hədəfin kim olduğunu sona qədər açıqlamaq istəməsə də, şounun sonuna 20 dəqiqə qalmış aktyor Elcan Rəsulovu uzaqlaşdıracağını bildirib. Amma nəticə onun gözlədiyi kimi olmayıb. Müğənni 36,42 faiz səs toplayaraq şounu tərk edib.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da ATV-də yayımlanır.

Xatırladaq ki, şounun informasiya dəstəyi APA TV, APA, Lent.azVesti.az informasiya agentliklərinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR