"Most Fashionable Awards"ın qalibləri açıqlandı

"Most Fashionable Awards"ın qalibləri açıqlandı
# 20 iyun 2017 11:40 (UTC +04:00)

"Most Fashionable Awards 2017" beynəlxalq mükafatlandırma mərasimi baş tutub.

APA TV-nin məlumatına görə, beynəlxalq layihədə yerli ulduzlarımız - müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları yarışır.

Layihənin qaydalarına əsasən, "Dünya Gözəllik Konqresi"nin Azərbaycan nümayəndəliyi tərəfindən seçilən ulduz iştirakçılar iki ay səsvermədə iştirak edir. İlk turda sosial media üzərindən səsvermə yolu ilə seçilən iştirakçılar ikinci tura keçirlər. Müvafiq kateqoriyada ən çox səs toplamış 5 iştirakçı "Top-5" siyahısına düşür və final mərhələsinə vəsiqə qazanır.

Beləliklə, bu il mükafata layiq görülənlər arasında xalq artisti Faiq Ağayev, müğənni Nura Suri, aktrisa Natəvan Əfəndiyeva, tanınmış fotoqraf Cəlal Kəngərli və b. yer alıb.

Qeyd edək ki, dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən "Dünya Gözəllik Konqresi"nin layihəsi olan "Most Fashionable Awards" mükafatlandırma mərasimi ikinci dəfədir keçirilir.

Layihənin beynəlxalq direktoru Zamir Hüseynov, Azərbaycan üzrə direktoru Aqil Məmiyevdir.

Mərasimin informasiya dəstəkçiləri APA TV, APA, Lent.azVesti.az informasiya portallarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR