“Jara” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub

“Jara” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub
# 27 iyul 2017 18:31 (UTC +04:00)

Bakıda, Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub.

APA-nın xəbərinə görə, qırmızı xalıya ilk öncə festivalın təşkilatçısı müğənni Emin Ağalarov övladları ilə birlikdə çıxıb. Onun ardınca xalı üzərindən Svetlana Loboda, Anita Tsoy, Oleq Qazmanov və festivalın digər məşhur iştirakçıları keçiblər.

Qeyd edək ki, festivalın açılış günündə tanınmış şoumenlər Andrey Malaxov və Yana Çurikovanın aparıcılığı ilə keçirilən qala-konsertdə səhnəyə Emin, Vera Brejneva, Loboda, Yeqor Krid, Qriqori Leps, Ani Lorak, MBand qrupu, Valeriya, Potap və Nastya və başqaları çıxacaqlar.

Sabah məşhur rusiyalı ifaçı Sofiya Rotarunun yubileyinə həsr olunmuş xüsusi proqram təqdim olunacaq. İyulun 29-da Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecələri keçiriləcək.

500-dən çox qonağın iştirak edəcəyi “Jara-2017” musiqi festivalını 32 min tamaşaçı canlı izləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR