Heydər Əliyev Sarayında “Bakı Şansonu” adlı konsert proqramı keçirilib

Heydər Əliyev Sarayında “Bakı Şansonu” adlı konsert proqramı keçirilib
# 01 fevral 2018 14:44 (UTC +04:00)

Heydər Əliyev Sarayında “Bakı Şansonu” adlı konsert proqramı keçirilib. Saraydan APA-ya verilən məlumata görə, konsertdə tanınmış şanson ifaçıları Fərhad Bakinskiy, Cəlal Abbasov, Ceyhun Bakinskiy, İlqar Sail, Şakir Mərdanov və Sabir Əhmədov iştirak ediblər.

Konsertdə tamaşaçılara yeni, maraqlı və fərqli proqram təqdim olunub. Hər zaman populyarlığını saxlayan "Bakı şansonu" janrında mahnılar bakılılar və şəhərimizin qonaqları tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, “APA Holding” tədbirin informasiya dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR