Lalə Məmmədova Filarmoniyada solo konsert verib

Lalə Məmmədova Filarmoniyada solo konsert verib
# 26 may 2017 11:18 (UTC +04:00)

Mayın 25-də Azərbaycan Dövlət Filarmoniyasında əməkdar artist Lalə Məmmədova solo konsert proqramı ilə çıxış edib.

Konsert “Mədəniyyət” kanalının və Azərbaycan radiosunun birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib. Lalə Məmmədovanın ifasında Azərbaycanın görkəmli bəstəkarları Fikrət Əmirov, Niyazi, Rauf Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Arif Məlikov və digərlərinin mahnıları səslənib.

Müğənnini konsert boyu əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Dövlət Simfonik Orkestri müşayiət edib.

Konsertdə ictimai simalar, eyni zamanda tanınmış incəsənət və mədəniyyət xadimləri qonaq qismində iştirak ediblər.

Qeyd edək ki, konsertə APA.TV, APA, Lent.az, Vesti.az in informasiya dəstəyi verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR