Səbuhi Xanlarov "Maşın Şou"dan getdi

Səbuhi Xanlarov "Maşın Şou"dan getdi
# 31 may 2017 10:34 (UTC +04:00)

“Maşın” realiti şousunun 2-ci qarşıdurmasında bu dəfə həyəcan keçirən aktyor Səbuhi Xanlarov oldu.

APA TV-nin məlumatına görə, hamını güldürən aktyor üçün 2 saat heç də asan keçmədi. Səsvermə başlamadan o, açıq oyun aparmağı seçdi və hədəfini dərhal açıqladı. İştirakçı rəqib olaraq rejissor Kənan Mahmudovu seçdi. Onun bu seçimi isə Kənan M.M.-i həm təəccübləndirdi, həm də əsəbiləşdirdi.

Şounun gedişində əsəblər daha da gərildi. Belə ki, aparıcı Murad Dadaşovun “Səbuhini kim dəstəkləyir?” sualına iştirakçılardan heç biri müsbət cavab vermədi.

Tamaşaçıların qərarı da fərqli olmadı - aktyor 46,21 faiz səs toplayaraq oyunu tərk etdi.

Qeyd edək ki, "Maşın Şou" hər axşam saat 22:00-da ATV-də yayımlanır.

Xatırladaq ki, şounun informasiya dəstəyi APA TV, APA, Lent.azVesti.az informasiya agentliklərinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR