Təranə Qumral Sərxan Kərəmoğlunu yenə bilmədi

Təranə Qumral Sərxan Kərəmoğlunu yenə bilmədi
# 08 iyun 2017 12:30 (UTC +04:00)

“Maşın Şou-Qarşıdurma”da bu dəfə qutudan ən çox fotosu çıxan müğənni Təranə Qumral oldu.

APA TV-nin məlumatına görə, o, səs toplayacağı təqdirdə, bir neçə gündür aralarında soyuq küləklər əsən Sərxan Kərəmoğlunu oyundan uzaqlaşdıracağını bildirdi.

Təranə xanımın səbir kasasını daşıran həm də nahar fasiləsində Sərxan Kərəmoğlu ilə baş verən gərginlik oldu.

Tamaşaçıların səsverməsi ilə 32,18 faiz yığan Təranə Qumral da Sərxan Kərəmoğlu ilə mübarizədə səs toplaya bilməyən jurnalist Vüqar Vüqarlı kimi oyunu tərk etdi.

Xatırladaq ki, şounun informasiya dəstəyi APA TV, APAVesti.az informasiya agentliklərinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR